22/05/2019
17:18
2947
| A A A
“O, Poqbadan daha yaxşı futbolçudur”

Atletico-nun futbolçusu Tomas Parteyin meneceri Posanko Ximenes maraqlı açıqlama verib.

Goal.az xəbər verir ki, İspaniya mətbuatına danışan Ximenes, Parteyi Pol Poqbayla müqayisə edib:

“O, Poqbadan daha yaxşı futbolçudur. Ancaq afrikalı olduğu üçün mediada ondan çox danışmırlar. Onu əvvəlcə Qanada izlədim, istedadını gördüm. Bir az texniki cəhətdən də inkişaf etsə, dünyanın ən yaxşı oyunçusu olar”.

Ximenes, Parteyin İnter-ə transfer olunacağı iddialarıyla bağlı bunları deyib:

“Parteyin İtaliyaya getməməsi üçün bir səbəb yoxdur. İnter də Atletico kimi yüksək səviyyəli klubdur”.

Atletico ilə 2023-cü ilə qədər müqaviləsi olan Partey bu mövsüm 42 oyunda iştirak edib.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1206 səs