22/10/2019
12:11
2074
| A A A
"Golden Boy" mükafatının namizədləri - SİYAHI

Fransanın “France Football” nəşri ilin ən yaxşı gənc futbolçusu (Golden Boy) adına namizədləri elan edib.

Goal.az xəbər verir ki, siyahıda ingiltərəli Ceydon Sanço (Borussia Dortmund, Almaniya), almaniyalı Kay Haverts (Bayer Leverkuzen, Almaniya), nigeriyalı Samuel Çukvueze (Villarreal, İspaniya), hollandiyalı Matteys de Liqt (Juventus, İtaliya), fransalı Matteo Genduzi (Arsenal, Almaniya), portuqaliyalı Joau Feliş (Atletico Madrid, İspaniya), cənubi koreyalı Li Kan İn (Valencia, İspaniya), italiyalı Moyze Kin (Everton, İngiltərə), ukraynalı Andrey Lunin (Valladolid, İspaniya) və braziliyalı Vinisius Junior (Real Madrid, İspaniya) yer alıblar.

Ən yaxşı qadın futbolçu adına isə amerikalılar - Meqano Rapino, Rouz Lavell, Tobin Hit, hollandiyalılar - Like Martens, Sari Van Venendal, isveçlilər - Kosovare Asllani, Sofiya Yakobsson, fransalı Vendi Renar, braziliyalı Marta və norveçli Ada Hergerberq iddia edirlər.

Qeyd edək ki, mükafatın təqdimetmə mərasimi dekabrın 2-də Parisdə olacaq.

money.az currency