13/11/2019
13:45
2218
| A A A
David Vilya karyerasını bitirir

İspaniya millisinin sabiq futbolçusu David Vilya karyerasını bitirir.

Goal.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özü açıqlama verib. Hazırda Vissel Kobe-də forma geyinən Vilya Yaponiyada mövsümün sonunda – 2020-ci ilin yanvarında futboldan gedəcəyini açıqlayıb.

Karyerası ərzində Valencia, Barcelona, Atletico Madrid, NY City, Melbourn kimi klublarda forma geyinən hücumçu, hazırda Yaponiya təmsilçisi Vissel Kobe-də forma geyinir.

98 dəfə də İspaniya milli komandasının formasını geyinən Vilya yığmada 59 qolla bombardirdir.

money.az currency