17/05/2019
10:28
5493
| A A A
Messi daha əvvəl ancaq Kroyfa verilən mükafatı aldı

Barcelona-nın futbolçusu Lionel Messi Sant-Jordi (Müqəddəs Georgi) Xaçı ilə mükafatlandırılıb.

Goal.az-ın İspaniya klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kataloniyanın ali mükafatlarından sayılan Sant-Jordi Xaçı 1981-ci ildə təsis olunub. Messi "Barsa" tarixində Yohan Kroyfdan sonra belə şərəfə nail olan ikinci oyunçudur.

Mükafatlandırma mərasimində argentinalı hücumçu "Siyasi məhbuslara azadlıq" şüarını səsləndirən zalı dəstəkləməkdən imtina edib. O, həmin vaxt səhnədə sakit dayanıb.

Qeyd edək ki, Lionel Messi bu mövsüm 48 oyunda 48 qol və 22 məhsuldar ötürmə müəllifi olub. Onun Barcelona ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28424 səs