18/05/2019
15:40
1712
| A A A
“Hazırda Barcelona-nın baş məşqçisi ola bilmərəm” – Xavi

Cari mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan Xavi, Barcelona-nın “sükanı arxasına” keçəcəyi ilə bağlı yayılan iddialara cavab verib.

Goal.az xəbər verir ki, 39 yaşlı futbolçu, Kataloniya klubunu çalışdıracaq təcrübəyə malik olmadığını deyib:

“Hazırda Barcelona-nın baş məşqçisi ola bilmərəm. Bu, normal hal olmaz. Bir baş məşqçi olaraq sıfırdan başlamalı və özümü sübut etməliyəm. Barcelona-ya qayıtmaq və ya La Liqada hansısa klubu çalışdırmaq mənim üçün tez olar. Bir gün Barcelona-nın baş məşqçisi olmaq istəyirəm, amma bunun üçün əvvəlcə hazır olmalıyam”.

Barcelona-nın hazırkı vəziyyəti haqqında danışan ispan futbolçu, katalonların göstərdiyi oyunu təndiq edib:

“Barcelona-nın keçirdiyi matçlarda oyuna diqtə etməsinin lazım olduğunu düşünürəm. Əks təqdirdə, Çempionlar Liqasını qazanmaq mümkün deyil. Hazırda onların oyuna kifayət qədər diqtə etmədiklərini görürəm”.

(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17069 səs