19/05/2019
15:10
3686
| A A A
Liverpool Koutinyonu transfer edə bilər

Son zamanlar Barcelona-da göstərdiyi oyuna görə tənqid olunan və cari mövsümün sonunda komandadan ayrılacağı deyilən Filippe Koutinyo ilə bağlı Liverpool-a məsləhət verilib.

Goal.az xəbər verir ki, Liverpool-un keçmiş futbolçusu Cimi Karraqer, Mersisayd təmsilçisinin Koutinyonu transfer etməli olduğunu deyib:

“Liverpool-un uyğun məbləğ qarşılığında Koutinyonu geri qaytarmaq imkanı varsa, mütləq bunu etməlidir. Komandaya belə bir futbolçu lazımdır. Hazırda Liverpool-da Koutinyo kimi bir futbolçu yoxdur. Adam Lallana və Xerdan Şakiri var, amma bu futbolçu tamamilə başqa səviyyədədir. Manchester City-də Bernardo Silva, David Silva və Kevin de Bruyne var, Liverpool-un isə belə futbolçusu yoxdur”.

Qeyd edək ki, 2018-ci ildə 145 milyon avro müqabilində Barcelona-ya transfer olunan Koutinyo, bu mövsüm iştirak etdiyi 53 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34050 səs