20/05/2019
11:10
1401
| A A A
Messi “Qızıl buts” mükafatını növbəti dəfə qazana bilər

Barcelona-nın kapitanı Lionel Messi növbəti dəfə “Qızıl buts” mükafatını qazanmağa yaxındır.

Goal.az xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu La Liqanın sonuncu – XXXVIII turunda səfərdə Eibar-la 2:2 hesablı heç-heçə etdikləri görüşdə dubl etməklə ən yaxın izləyicisi Kilian Mbappe ilə aradakı xal fərqini 8-ə çatdırıb. Fransa təmsilçisi PSG-nin forvardı Messini qabaqlamaq üçün Liqa 1-in sonuncu turunda Reims-lə səfər matçında 5 top vurmalıdır.

Ötən mövsümdə də “Qızıl buts”u qazanan Messinin 72 xalı var. O, cari çempionatda 36 qol vurub. 32 dəfə fərqlənən Mbappe isə 64 xala malikdir.

Qeyd edək ki, argentinalı futbolçu 5 dəfə “Qızıl top”a və eyni sayda “Qızıl buts"a layiq görülüb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17387 səs