20/05/2019
19:20
1369
| A A A
Məşhur futbolçu bu gün karyerasını başa vurur

İspaniya millisinin və Barcelona-nın sabiq futbolçusu Xavi Hernandes bu gün peşəkar karyerasını başa vuracaq.

Goal.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bu barədə “Instagram” səhifəsində yazıb.

Asiya Çempionlar Liqasında İran Persepolis ilə matç Qətərin Al Sadd klubunun formasını geyinən Xavi üçün sonuncu olacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, Barselona-nın yetirməsi olan Xavi karyerası ərzində yalnız iki klubda çıxış edib. İspaniya millisi ilə dünya və Avropa çempionu olan məşhur futbolçu Kataloniya klubunun heyətində mümkün olan bütün mükafatları əldə edib. O, AVRO-2008-in ən yaxşı futbolçusu seçilib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17068 səs