21/05/2019
10:03
766
| A A A
Xavi karyerasını bitirdi

İspaniya millisinin və Barcelona-nın sabiq yarımmüdafiəçisi Xavi Ernandes karyerasını bitirib.

Goal.az xəbər verir ki, əfsanəvi futbolçu ötən gün son oyununa çıxıb.

39 yaşlı oyunçu Asiya Çempionlar Liqasında Al-Sadd-in heyətində Persepolis-lə (0:2) qarşılaşmada axırıncı dəfə meydana çıxıb. Onun bundan sonra Qətər təmsilçisində məşqçi kimi çalışması gözlənilir.

Qeyd edək ki, Xavi 2000-2014-cü illərdə Barcelona-nın heyətində 767, İspaniya yığmasında isə 133 oyunda iştirak edib. O, 8 dəfə İspaniya La Liqasının, 3 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə isə Superkubokunun qalibi olub. Xavi eyni zamanda 4 qat Çempionlar Liqası, 2 qat UEFA Superkuboku və 2 qat Klublararası Dünya Çempionatı qalibidi.

İspaniya millisinin heyətində isə 2010-cu ildə dünya, 2008 və 2012-ci ildə isə Avropa çempionatını qazanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17389 səs