22/05/2019
18:40
3277
| A A A
Barcelona və Real Madrid-in futbolçularını Löv çağırmadı

Almaniya millisinin AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də Belarus və 11-də Estoniya ilə qarşılaşacağı oyunlar üçün heyəti açıqlanıb.

Goal.az xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Yığmanın baş məşqçisi Yoahim Löv 22 futbolçuya dəvət göndərib. Barcelona-nın qapıçısı Mark-Andre ter Ştegen və Real-ın yarımmüdafiəçisi Toni Kroos isə milliyə çağırılmayıb:

Qapıçılar: Bernd Leno (Arsenal), Manuel Noyer (Bayern), Kevin Trapp (Eintracht);

Müdafiəçilər: Mattias Ginter (Borussia Monchengladbach), Marsel Halstenberq, Lukas Klosterman (hər ikisi Leipzig), Yonas Hektor (Köln), Tilo Kerer (PSG), Niko Şulz (Borussia Dortmund), Niklas Ştark (Herta), Niklas Süle (Bayern), Jonatan Tah (Bayer);

Yarımmüdafiəçilər: Yuliyan Brandt, Kay Haverts (Bayer), Yuliyan Draksler (PSG), Leon Qoretska, Yozua Kimmih (hər üçün Bayern), İlkay Gündoğan (Manchester City);

Hücumçular: Timo Verner (Leipzig), Leroy Sane (Manchester City), Marko Roys (Borussia Dortmund), Serj Qnabri (Bayern).

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17068 səs