15/09/2019
15:41
3140
| A A A
PSG Neymar üçün 300 milyon avro tələb edib

Barcelona-nın sabiq prezidenti Joan Kaspar Fransa PSG-nin futbolçusu Neymarın Kataloniya klubuna dönüşünün baş tutmamasının səbəbini açıqlayıb.

Goal.az xəbər verir ki, keçmiş rəhbər 27 yaşlı braziliyalı hücumçunu Barcelona-ya qayıda bilməməsi ilə bağlı “El Larguero”ya bunları söyləyib: “Yekunda PSG 300 milyon avro istədi. Neymar oyun keyfiyyətlərinə görə müstəsna bir futbolçu olsa da, onun keçidinin mümkünsüz olduğu ortaya çıxdı. Hərçənd Barcelona bunun üçün böyük səy göstərdi”.

Qeyd edək ki, Neymar 2 il əvvəl Barcelona-dan PSG-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39709 səs