Eintracht-dan Barcelona-ya
Barcelona yay transfer pəncərəsi üçün yeni futbolçu ilə razılaşıb.
Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi Eintracht-ın müdafiəçisi Evan Ndika ilə anlaşıb.
Klub 23 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatacaq. Barcelona Evan ilə müqavilə imzalamaq üçün alternativ variantları nəzərdən keçirir.
Fransalı oyuçunun Eintracht-la müqaviləsi bu mövsümün sonuna kimi hesablanıb. Artıq onun Almaniya təmsilçisi ilə müqaviləni uzatmayacağı dəqiqləşib.