17/02/2023
14:50
3742
| A A A
Barcelona-da ciddi itki

Barcelona-nın futbolçusu Pedri zədələnib.

Goal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsində Manchester United-lə ilk matçda (2:2) sıradan çıxıb. O, oyuna davam edə bilməyib və 41-ci dəqiqədə Serji Roberto ilə əvəzlənib.

"Mundo Deportivo"nun yaydığı məlumata görə, ispaniyalı futbolçu təxminən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdir ki, Pedri “qırmızı şeytanlar”la cavab oyununda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-ü İngiltərədə olacaq.

GÜNÜN ƏN ÇOX OXUNANLARI