22/02/2023
16:04
10619
| A A A
Barcelona-nın yeni transfer hədəfi

Barcelona Manchester United-in müdafiəçisi Dioqu Dalotla maraqlanır.

Goal.az xəbər verir ki, Kataloniya klubu yayda portuqaliyalını azad agent kimi heyətinə cəlb etmək istəyir. Manchester United isə 23 yaşlı oyunçu ilə 5 illik yeni müqavilə imzalamaq niyyətindədir.

Qeyd edək ki, Dalot bu mövsüm "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI