23/02/2023
11:33
1699
| A A A
UEFA Avropa Liqası: Manchester United-lə Barcelona revanş oyununa çıxırlar

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Goal.az xəbər verir ki, baş tutacaq qarşılaşmaların ardından 1/8 finala adlayacaq 8 klubun adına aydınlıq gələcək.

Raundun ən diqqətçəkən cütlüyü olan İspaniya Barcelona-sı ilə İngiltərə klubu Manchester Unaited bu dəfə ikincilərin meydanında üz-üzə gələcəklər. “Nou Kamp”dakı qollu bərabərliyin revanşında komandalar “Old Trafford”da münasibətlərinə aydınlıq gətirəcəklər.

Turnirin digər favoritləri hesab edilən İtaliya klublarından Roma öz meydanında, Juventus isə səfərdə çıxış edəcək. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI