Barcelona-nın baş məşqçisi Xavi klubun keçmiş futbolçusu, həmçinin sabiq komanda yoldaşı olan Lionel Messinin Kataloniya təmsilçisinə mümkün qayıdışı barədə danışıb.
Goal.az xəbər verir ki, mütəxəssis hazırda PSJ-nin formasını geyinən 35 yaşlı forvard üçün Barcelona-nın qapılarının həmişə açıq olacağını deyib:
“Dünyanın və tarixin ən yaxşı oyunçusu həmişə istənilən komandaya uyğunlaşa biləcək. Barcelona Messinin evidir. Qapılarımız həmişə ona açıqdır. Daha deməyə sözüm yoxdur.
Messi mənim dostumdur, daim əlaqə saxlayırıq. Biz klub prezidenti ilə çox şeyi müzakirə edirik. Lakin çox şey Lioneldən, onun bundan sonra nə etmək istədiyindən, həmçinin klubun nəyə ehtiyacı olmasından asılı olacaq. Ancaq Messinin evi buradadır. Buna heç bir şübhə yoxdur”.