25/02/2023
13:54
1695
| A A A
Barcelona Bayern-ə 1 milyon 125 min avro ödəyəcək

Barcelona-nın Robert Levandovskinin sabiq klubu Bayern-ə 1 milyon 125 min avro ödəyəcək.

Goal.az xəbər verir ki, buna səbəb polşalı hücumçunun bu mövsüm Kataloniya təmsilçisində 25-ci qolunu vurmasıdır. O, son olaraq Avropa Liqasının pley-off mərhələsinin Manchester United-lə cavab oyununda (1:2) fərqlənib. Levandovski Bayern-dən Barcelona-ya keçən zaman futbolçu 25 qol vuracağı təqdirdə, Bayern-ə 1 milyon 125 avro ödənməsi ilə bağlı bənd yer alıb. Bu bəndin ilk 4 mövsüm ərzində qüvvədə olacağı vurğulanıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI