02/03/2023
13:53
4548
| A A A
"Superkubokdakı məğlubiyyətin qisasını almaq fikrimiz yoxdur" - Ançelotti

Real-ın baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun yarımfinalında Barcelona ilə keçirəcəkləri ilk matç barədə danışıb.

Goal.az xəbər verir ki, mütəxəssis cavab oyununa üstün yollanmaq istədiklərini deyib:

“Belə bir matçın təzyiqinə tab gətirmək cəsarət və xarakter tələb edir. Həmişə olduğu kimi, belə oyunlarda iştirak etməyi çox istəyirəm. Finala yaxınıq, əlimizdən gələni etməyə çalışacağıq. Biz hər şeyi təhlil etmişik. Superkubok oyununda bizdə təzyiq və fədakarlıq çatışmırdı. Üstəlik, bir daha təkrarlanmayacaq səhvlər etdik. Bu, ilk oyundur, həlledici matç deyil, amma üstünlük əldə etmək istəyirik. Superkubokdakı məğlubiyyətin qisasını almaq fikrimiz yoxdur. Amma hər iki komanda kuboka yaxın olduğuna görə hərarət yüksəlir".

GÜNÜN ƏN ÇOX OXUNANLARI