08/03/2019
10:10
1992
| A A A
"Mövsümün sonuna qədər Beşiktaş-dayam" - Şenol Günəş

"Vəzifə müddətim başa çatana qədər klub prezidenti və rəhbərliyə hörmətsizliyim olmayacaq. Klubdan ayrılacağım son gündə belə, ilk gündə olduğu kimi sevgi ilə çalışacağam. Buna kiminsə şübhəsi olmasın".

Goal.az goal.com-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə millisinə baş məşqçi təyin olunan Beşiktaş-ın çalışdırıcısı Şenol Günəş deyib.

66 yaşlı mütəxəssis bu gün keçirdiyi mətbuat konfransında İstanbul klubundan vaxtından əvvəl ayrılacağı ilə bağlı yayılan xəbərləri təkzib edib və bildirib ki, mövsümün sonuna qədər komandada qalacaq: "Son dörd ilə nəzər salsaq, ən yaxşı Beşiktaş-lı mənəm. Bu dəqiqə vəzifəmdən ayrılsam, rəhbərliyin qarşısında seçim var. 

Mövsümün sonuna qədər komandanı Qutinin çalışdırcağını deyirlər. Onsuz da çalışdırır, biz birlikdə işləyirik. Beşiktaş-a olan bu sevgi ürəyimdə eyni istiliklə qalacaq". 

Xatırladaq ki, Ş.Günəş Türkiyə millisi ilə 4 illik müqavilə imzalayıb. O, artıq yığmadakı işinə başlayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17068 səs