13/03/2019
17:00
3848
| A A A
Karius Beşiktaş-dan şikayətçi oldu

Beşiktaş-ın mövsümün əvvəlində Liverpool-dan iki illik icarəyə götürdüyü Loris Karius “ağ-qaralar”dan şikayətçi olub.

Goal.az xəbər verir ki, 25 yaşlı qolkiper, 4 aydır ki, məvacibini ala bilmir. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Xəbərdə, Kariusun aylıq məvacibini ala bilmədiyi üçün Beşiktaş-ı FİFA-ya şikayət etdiyi bildirilib.

Beşiktaş-da gözlənilən “performans”ı sərgiləyə bilməyən, oyunlarda səhvlərlə yadda qalan Kariusun, mövsümün sonunda komandadan göndəriləcəyi gözlənilir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5096 səs