28/03/2019
09:39
1294
| A A A
Beşiktaş 6 milyon avroluq təklifi rədd etdi

İtaliyanın Genoa klubu Türkiyə millisinin və Beşiktaş-ın futbolçusu Dorukhan Toközə “elçi düşüb”.

Goal.az xəbər verir ki, A Seriyası təmsilçisi 22 yaşlı yarımmüdafiəçi üçün menecerlər vasitəsilə İstanbul təmsilçisinə 6 milyon avro təklif edib. Beşiktaş isə bu təklifi rədd edib. Bildirilib ki, Genoa oyunçu üçün mövsümün sonunda daha yüksək bir məbləğ təklif edərsə, klublar danışıqlara başlaya bilər.

Qeyd edək ki, Dorukhan Toköz 2018-ci ilin iyul ayında Eskişəhirspor-dan azad agent kimi Beşiktaş-a keçib. O, Türkiyə millisinin AÇ-2020-nin seçmə mərhələsində səfərdə Albaniyanı 2:0, evdə Moldovanı 4:0 hesabı ilə məğlub etdiyi matçlarda meydanda olub. Bu mövsüm Beşiktaş-ın heyətində 19 oyunda iştirak edən yarımmüdafiəçi 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40155 səs