13/05/2019
19:24
1700
| A A A
Beşiktaş prezidentini seçdi

Beşiktaş klubunda prezident seçkisi keçirilib.

Goal.az xəbər verir ki, seçkiyə namizədlər Hürser Tekinoktay və indiki prezident Fikrət Orman qatılıb.

Səsvermə nəticəsində 4899 mümkün səsdən 2882-sini toplayan Orman 5-ci dəfə İstanbul təmsilçisinə rəhbərlik etmək hüququ qazanıb. Tekinoktay isə 1617 səslə kifayətlənib. Fikrət Orman daha öncə 2012, 2013, 2016 və 2018-ci illərdə baş tutan seçkilərdə qalib olmuşdu.

Seçki başa çatdıqdan sonra Fikrət Orman sonuncu dəfə Beşiktaş-a prezidentlik edəcəyini və növbəti seçkilərə qatılmayacağını bəyan edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17388 səs