05/09/2022
12:14
1632
| A A A
Beşiktaş-ın futbolçuları oyundan sonra azarkeşin hücumuna məruz qalıb

Ankaragücü komandasının azarkeşi Beşiktaş-a 2:3 hesabı ilə uduzduqları Türkiyə Super Liqasının V tur oyunundan sonra rəqib futbolçulara hücum edib.

Goal.az xəbər verir ki, meydana girən fanat Salih Uçan və Cenk Tosunu təpiklə vurub.

Daha sonra təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə edib. Bundan əlavə, meydan sahiblərindən texniki zonada əyləşən şəxslərdən biri də Jedson Fernandeşə tərəf qaçmağa başlayıb. Beşiktaş-ın futbolçuları məsələyə müdaxilə edərək onu uzaqlaşdırmağı bacarıb.

Ankaragücü-nün prezidenti Faruk Koca baş verənlərə görə İstanbul təmsilçisindən üzr istəyib.

Qeyd edək ki, matç Beşiktaş-ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI