Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb
Futbol üzrə Türkiyə Super Liqasında 2022/2023 mövsümünün ilk İstanbul derbisi baş tutub.
Goal.az xəbər verir ki, VIII tura təsadüf edən prinsipial oyunda Fenerbahçe Beşiktaş-ın qonağı olub. "Vodofon Park" stadionunda oynanılan görüşdə qapılara qol vurulmayıb.
Bu nəticədən sonra xallarını 15-ə çatdıran "qara qartallar" 6-cı, 14- xalı olan "bülbüllər" isə 7-ci pillədəki mövqeyini qoruyub. (report)