Beşiktaş-da ciddi itki
Beşiktaş-ın heyətində ciddi itki baş verib.
Goal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Raşid Qezzal sıradan çıxıb.
30 yaşlı futbolçu Türkiyə Superliqasının 10-cu turunun Trabzonspor-la matçının 45-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Əlcəzairli vingerin ən azı 10 gün yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.