23/10/2022
16:52
3282
| A A A
Kristof Daum ağır xəstəliyə tutuldu

Beşiktaş və Fenerbahçe-nin sabiq baş məşqçisi Kristof Daum xərçəng xəstəliyindən əziyyət çəkir.

Goal.az xəbər verir ki, bu barədə 68 yaşlı mütəxəssis özü sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib. O, bir müddətdir müalicə aldığını qeyd edib.

Xatırladaq ki, Daum 1994-96, 2001-2002-ci illərdə Beşiktaş-ı, 2003-2006, 2009-2010-cu illərdə isə Fenerbahçe-ni çalışdırıb. O, Beşiktaş-la 1, Fenerbahçe ilə isə 2 dəfə Türkiyə Super Liqasını qazanıb. Kristof Daumun son iş yeri Rumıniya millisi olub. Həmçinin o, Köln, Stuttgart, Bayer Leverkusen, Austria, Eintracht, Brügge, Bursaspor kimi komandalara da baş məşqçilik edib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI