Beşiktaş baş məşqçisi ilə vidalaşır
Beşiktaş-ı baş məşqçisi Valeryen İsmael ilə vidalaşır.
Goal.az xəbər verir ki, buna səbəb komandanın cari mövsümdə uğursuz çıxış etməsidir. "Qara qartallar" son 5 qarşılaşmada cəmi 1 qələbə qazanıb.
Artıq tərəflər müqavilənin qarşılıqlı şəkildə pozulması ilə bağlı razılığa gəliblər. Anlaşmaya əsasən, fransalı mütəxəssis mövsümün sonunadək ona ödənilməli olan məvacibin yarısını alacaq. Bu məbləğ isə təqribən 450 000 avro təşkil edir.
Qeyd edək ki, Beşiktaş Türkiyə Super Liqasında 11 turdan sonra 19 xalla 5-ci pillədə qərarlaşıb. (report)