Beşiktaş-ın yeni baş məşqçisi müəyyənləşdi
Beşiktaş-ın yeni baş məşqçisi bəlli olub.
Goal.az xəbər verir ki, İstanbul təmsilçisi bu barədə rəsmi tviter hesabından paylaşım edib.
Komanda Şenol Güneşə tapşırılıb. Paylaşımda "yeni zəfərlər üçün, yenə, yeni, yenidən evinə xoş gəldin, Şenol Güneş" yazılıb. O, bu postda Valeryen İsmaeli əvəzləyib.
Qeyd edək ki, Şenol Güneş 2015-2019-cu illərdə də Beşiktaş-a rəhbərlik edib.