Beşiktaş-ın futbolçusu Raşid Qezzal əməliyyat olunub
Beşiktaş-ın futbolçusu Raşid Qezzal əməliyyat olunub.
Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçinin ABŞ-da baş tutan əməliyyatı uğurla yekunlaşıb. Əlcəzairli vinger tez bir zamanda reabilitasiya dönəminə başlayacaq.
Qeyd edək ki, Raşid Qezzal cari mövsümdə Beşiktaş-ın heyətində meydana çıxdığı 5 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. (sportal)