13/01/2023
11:08
3471
| A A A
Beşiktaş-da ayrılıq

Beşiktaş futbolçusu Vout Veqhorstla müqaviləni ləğv edib.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisi Niderland millisinin hücumçusu ilə yollarını ayırdığını açıqlayıb.

“Ağ-qaralar” mövsümün əvvəlində 31 yaşlı forvardı İngiltərə klubu Burnley-dən birillik icarəyə götürsə də, vaxtından tez sözləşməyə xitam verilib. Buna səbəb Veqhorstun Premyer Liqa təmsilçisi Manchester United-lə anlaşmasıdır. O, mövsümün ikinci yarısını icarə əsasında “qırmızı şeytanlar”da keçirəcək. Bu keçid Beşiktaş-a 3 milyon avro qazandırıb.

Qeyd edək ki, Vout Veqhorst 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Argentina ilə oyunda 2 qol vurub. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI