Türkiyə Kuboku: Beşiktaş mübarizəni dayandırıb
Beşiktaş futbol üzrə Türkiyə Kubokunda mübarizəni dayandırıb.
Goal.az xəbər verir ki, 1/8 finalda səfərdə Ankaragücü-nə penaltilər seriyasında uduzan "qara qartal" turnirlə vidalaşıb.
Matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qolları meydan sahiblərindən 12-ci dəqiqədə Ali Sou, qonaqlardan isə 77-ci dəqiqədə Cenk Tosun vurub.
Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:3) paytaxt təmsilçisi adını 1/4 finala yazdırıb. (report)