Beşiktaş Vinsent Abubakarın transferini açıqlayıb
Türkiyənin Beşiktaş klubunun yeni transferi rəsmiləşib.
Goal.az xəbər verir ki, "qara qartallar" Kamerun millisinin futbolçusu Vinsent Abubakarla danışıqlara başladığını İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) bildirib.
31 yaşlı hücumçu dünən axşam saatlarında İstanbula çatıb.
Qeyd edək ki, Vinsent Abubakar son olaraq Səudiyyə Ərəbistanında Al-Nasr klubunun formasını geyinib. Təcrübəli forvard 2016/2017 və 2020/2021 mövsümündə də Beşiktaş-ın uğurları üçün çalışıb.