Sampdoria-dan Beşiktaş-a
Beşiktaş heyətini daha bir futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, İstanbul təmsilçisi Sampdoria-dan Omar Kallini transfer edib.
Bu gün İstanbula gələrək tibbi müayinədən keçən qambiyalı mərkəz müdafiəçisinin komandanın axşam məşqində iştirak etdiyi də bildirilib.
Tanınmış futbol insayderi Fabrizio Romano öz Tvitter səhifəsində qeyd edib ki, Beşiktaş bu keçid üçün İtaliya klubuna 2.5 milyon avro ödəyəcək.
2018-ci ildən Sampdoria-da çıxış edən 30 yaşlı futbolçu bu mövsüm komandanın heytətində ümumilikdə 18 oyuna çıxıb və 1 qol vurub.