02/04/2019
12:30
1336
| A A A
Borussia Dortmund-un futbolçusu üçün mövsüm bitdi

Almaniyanın Borussia (Dortmund) klubu ciddi itkiylə üzləşib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisinin əsas heyət oyunçularından olan Əşrəf Hakimi uzun müddətə sıradan çıxıb. 

Mərakeşli futbolçu son turda Wolfsburg-a qalib gəldikləri (2:0) oyunda zədələnib. Ayağı qırılan futbolçunun bu mövsüm bir daha meydana çıxa bilməyəcəyi bildirilir. Madrid Real-ından icarəyə götürülən 21 yaşlı futbolçu tezliklə İspaniyada əməliyyat olunacaq. Onun növbəti mövsümdən yaşıl meydanlara qayıdacağı ehtimal olunur.

Hakimi, Wolfsburg-la matçın 49-cu dəqiqəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı. Maraqlıdır ki, onu əvəz edən Abdu Diallo da 74-cü dəqiqədə zədələnərək əvəzlənmişdi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17386 səs