06/04/2019
15:09
1899
| A A A
“Komandamız çempion olmaq istədiyini meydanda göstərməlidir”

Almaniya Bundesliqasının növbəti turunda Borussia Dortmund ilə qarşılaşacaq Bayern-nin prezidenti Uli Höness açıqlama verib.

Goal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub prezidenti, sadəcə qələbə haqqında düşündüyünü deyib:

“Borussia qarşısında başqa bir bəhanəmiz olmayacaq. Məğlubiyyət ehtimalını düşünmək belə, istəmirəm. Qalib gəlməyə məcburuq. Mənim üçün başqa bir seçim qəbulolunmazdır.

Mövsümün ilk hissəsindəki oyunda məğlub olmuşduq. Komandamız çempion olmaq istədiyini meydanda göstərməlidir”.

Bundesliqada keçirdiyi 27 turdan sonra 61 xal toplayan Bayern Münich turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider Borussia-dan 2 xal geri qalır.

Qeyd edək ki, Bayern Münich – Borussia Dortmund matçı bu gün saat 20:30-da start götürəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15250 səs