11/04/2019
19:04
3101
| A A A
14 yaşlı futbolçuya 10 milyon avro

Borussia Dortmund-un U-17 komandasında sərgilədiyi oyunla hər kəsin diqqətini çəkən Yussufa Mukoko böyük məbləğdə müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, 49 oyunda 76 qola imza atan 14 yaşlı futbolçunu Barcelona və PSG başda olmaqla bir çox Avropa nəhəngi heyətinə qatmaq istəyir. Amma böyük komandalardan öncə bir şirkət onunla müqavilə bağlayıb.

"Bild"in məlumatına görə, Mukoko idman geyim markası "Nike" ilə anlaşma imzalayıb. Kamerun əsilli futbolçu bu müqavilədən 10 milyon avro qazanacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17775 səs