21/04/2019
15:53
2864
| A A A
Hakim Ziyex gələcəyi haqda danışdı

Cari mövsümdə Ajax-ın heyətində göstərdiyi oyunla diqqətləri üzərinə çəkən yarımmüdafiəçi Hakim Ziyex, gələcək karyerası ilə bağlı açıqlama verib.

Goal.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, bir neçə klubun maraq dairəsində olduğu deyilən 26 yaşlı futbolçu, Ajax-da qala biləcəyini deyib:

“Ajax-da oynamağa davam edə bilərəm. Mən çox seçici insanam. Məni heyətində görmək istəyən, Ajax-dan ayrılmağa razı sala biləcək bir klub olmalıdır və bu, heç də asan olmur”.

Hollandiyalı futbolçu ilə Bayern Münich, Borussia Dortmund, Roma, Tottenham, Arsenal kimi klubların maraqlandığı deyilir.

Ajax-la 2021-ci ilədək müqaviləsi olan futbolçu, bu mövsüm iştirak etdiyi 42 oyunda 19 qol, 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33982 səs