22/05/2019
15:39
2071
| A A A
Hazard Borussia Dortmund-da - RƏSMİ

Borussia Dortmund heyətini daha bir futbolçuyla gücləndirib.

Goal.az xəbər verir ki, Bundesliqa təmsilçisi Borussia Monchengladbach-dan Torqan Hazardı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçiylə 5 illik müqavilə imzalanıb.

Torqan Hazard Chelsea-də forma geyinən Eden Hazardın qardaşıdır. Geridə qalan mövsümdə Münhenqladbax təmsilçisinin formasıyla Bundesliqada 33 qarşılaşmada forma geyinən Torqan, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Borussia Dortmund bir müddət əvvəl Hoffenhaim-dan Niko Şulzu transfer etdiyini açıqlamışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34017 səs