Azərbaycanlı hakim ÇL matçına təyinat aldı
Azərbaycanın FİFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Goal.az xəbər verir ki, 35 yaşlı hakim Danimarkada Kopenhagen və Almaniyanın Borussia Dortmund komandaları arasında keçiriləcək qrup mərhələsinin 6-cı tur oyununu idarə edəcək.
Noyabrın 2-də Parken stadionunda oynanılacaq qarşılaşma saat 00:00-da başlayacaq.