Union Berlin-dən Borussia Dortmund-a
Borussia Dortmund heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, Dortmund təmsilçisi Union Berlin-dən Julian Ryersonu transfer edib. Norveçli müdafiəçi ilə 2026-cıilin yayına kimi müqavilə imzalanıb. Dortmundlular bu keçid üçün qarşı tərəfə 5 milyon avro ödəyəcək.