16/02/2023
13:46
1221
| A A A
Borussia 7 illik həsrətə son qoydu

Borussia Dortmund klubu Çempionlar Liqasında 7 illik həsrətə son qoyub.

Goal.az xəbər verir ki, Bundesliqa təmsilçisi 1/8 final mərhələsinin ilk oyununda İngiltərə klubu Chelsea-ni öz meydanında 1:0 hesabı ilə məğlub edərək bunu reallaşdırıb.

Dortmundlular son 7 ildə ilk dəfə İngiltərə klubuna qalib gəliblər. Komanda axırıncı dəfə 2016-cı il martın 17-də Tottenham-i üstələyib. Borussia həmin vaxtdan bəri “Dumanlı Albion” təmsilçilərinə qarşı keçirdiyi 10 oyunun 8-də məğlub olub, 2-də heç-heçəyə razılaşıb.

Qeyd edək ki, Borussia ilə Chelsea arasında cavab görüşü martın 7-də Londonda keçiriləcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI