Borussia Dortmund-dan Fenerbahçe-yə
Mövsümün sonunda Borussia Dortmund-dan ayrılacağı açıqlanan Mahmud Dahud karyerasını Türkiyədə davam etdirə bilər.
Goal.az xəbər verir ki, Fenerbahçe klubu 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Borussia-da əsas heyətə düşə bilməyən Suriya əsilli alman futbolçu daha çox şans qazanacağı bir komandaya keçmək istəyir.
Qeyd edək ki, Dahud bu mövsüm 6 oyuna çıxıb.