19/05/2019
15:38
1314
| A A A
Uelbek Bakıda son matçına çıxa bilər

Arsenal Avropa Liqasının finalında Chelsea ilə Bakıda keçiriləcək oyuna Danni Uelbeki də gətirə bilər.

Goal.az xəbər verir ki, zədəsini sağaldan ingilis hücumçu artıq komanda ilə məşqlərdə iştirak edir. Onun həlledici qarşılaşmada forma geyinəcəyi gözlənilir. Eyni zamanda, paytaxtımızdakı Avroliqa finalı 28 yaşlı forvardın London klubunda son oyunu olacaq. "Topçular"ın baş məşqçisi Unai Emeri Uelbekin komandadan ayrılacağını təsdiqləyib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Arsenal - Chelsea matçı saat 23:00-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34041 səs