21/05/2019
10:42
1706
| A A A
Lempard Chelsea-nı çalışdıra bilər

Derby County-nin baş məşqçisi Frenk Lempard yeni mövsümdə sabiq klubu Chelsea-də Maurisio Sarrini əvəzləyə bilər.Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, Chelsea-nin mayın 29-da Bakıda baş tutacaq London Arsenal-ına qarşı Avropa Liqasının final matçının nəticəsindən asılı olmayaraq əsas məşqçisini əvəzləyəcək.
Sarrinin istefaya göndərilməsinin təşəbbüskarı klubun sahibi Roman Abramoviçdir. Buna səbəb italiyalı mütəxəssisin komandanın azarkeşləri ilə qarşılıqlı münasibətidir. Abramoviç Chelsea-nin adlı-sanlı futbolçusu, keçmiş kapitan Lempardı baş məşqçi postuna dəvət etməklə vəziyyəti qaydasına salmaq niyyətindədir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34041 səs