21/05/2019
12:53
1005
| A A A
Keçmiş komandasına qarşı oynamaqdan xoşu gəlir

Chelsea-nin futbolçusu Olivye Jiru Avropa Liqasında sabiq komandası Arsenal-a qarşı keçirəcəkləri final matçı barədə danışıb.

Goal.az-ın məlumatına görə, fransalı hücumçu Bakıda keçiriləcək qarşılaşmada hissləri kənara qoymağın gərəkliyini bildirib. Keçmiş komandalarına qarşı oynamaqdan xoşunun gəldiyini deyən 33 yaşlı forvard karyerasının böyük hissəsini "topçular"ın heyətində keçirməsindən məmnunluq ifadə edib: "İngiltərədəki ilk klubumun mənim üçün hər zaman xüsusi yeri olacaq. Amma indi bədənimdən göy qanın axdığını hiss edirəm. Bu rəng yığmada olduğu kimi, mənə uyğundur. Chelsea-nin heyətində ikinci kubokumu əldə etmək istəyirəm".

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq final matçının qalibi Çempionlar Liqasına vəsiqə qazanacaq və Çempionlar Liqasını qazanan komanda ilə UEFA Super Kuboku uğrunda oyunda üz-üzə gələcək.

Qeyd edək ki, Olivye Jiru Arsenal-ın heyətində 2012 - 2018-ci illərdə forma geyinib. O, 180 oyuna 73 qol vurub. 2018-ci il yanvarın 31-də isə Jiru 16 milyon funt sterlinq qarşılığında Chelsea-yə transfer olub. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33170 səs