22/05/2019
12:00
1196
| A A A
Avropa Liqası finalının açılışında məşhur DJ çıxış edəcək

Bakıda keçiriləcək UEFA Avropa Liqası finalının açılış mərasimində DJ Conas Blu çıxış edəcək.

Goal.az xəbər verir ki, britaniyalı sənətçi 150 yerli rəqqasla birgə böyük oyunun cəlbedici başlanğıcını qoyacaq. Azərbaycan paytaxtında - Şərqlə Qərbin qovuşduğu şəhərdə səhnəyə qoyulmuş bu performansın zəngin və özündə müxəlif təcrübəni ehtiva edəcəyi gözlənilir.

Əsrarəngiz xüsusi effektlər səmanı işıqlandırdığı vaxt Conas Blu özünün ən böyük hitlərinin miksini nümayiş etdirəcək və tamaşaçılara müsbət enerjini verməklə final oyununda mübarizəyə qoşulmağa hazırlaşan iki komandaya xüsusi ehtiramını bildirəcək.

Açılış mərasiminin prodüseri Polşa şirkəti “Platige Image”dir. Şirkət indiyədək 7 UEFA mərasimi üzərində çalışıb. Mərasimin dünya miqyasında canlı şouları yaradan və onları idarə edən tanınmış xoreoqraf, dəb şousu rejissoru və səhnə rejissoru Valdek Şimkovyakdır.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin Arsenal və Chelsea komandaları qarşılaşacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15765 səs