22/05/2019
13:26
1124
| A A A
Konte İnter-lə ilkin razılığa gəldi

Antonio Konte İnter-in yeni baş məşqçisi olacaq.

Goal.az xəbər verir ki, bu barədə məşhur italiyalı jurnalist Tankredi Palmeri məlumat yayıb.

Onun məlumatına görə, 49 yaşlı mütəxəssis "neradzurri" ilə ilkin müqavilə imzalayıb. Sənədə əsasən Kontenin illik əmək haqqısı 10 milyon avro təşkil edəcək. Müddəti hələ məlum olmayan rəsmi müqavilə isə mayın 28-də imzalanacaq.

Kontenin son klubu Chelsea olub. Məşqçi "Stemford Bric"ə 2016-cı ilin yayında gəlib. Birinci il komanda ilə İngiltərə çempionu olub. Lakin növbəti il mütəxəssis işdən çıxarılıb.

İnter 66 xal il turnir cədvəlində dördüncü pilləni tutub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34018 səs