22/05/2019
14:10
1632
| A A A
Ulduz futbolçular final üçün Bakıya gələcək

Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşmasını canlı yayımlayacaq İngiltərə kanalları müəyyənləşib.

Goal.az yerli mətbuata istinadən xəbər verir ki, azarkeşlər Arsenal-la Chelsea arasında baş tutacaq görüşü 2 telekanal vasitəsilə izləyə biləcəklər.

"BT Sport" və "532 Virgin" kanalları, eyni zamanda "BT Sport"un youtube kanalı canlı yayım təşkil edəcək. Bu kanallar həmçinin Çempionlar Liqasının final görüşünün də yayım hüququna malikdilər. 23:00-da start götürəcək Chelsea - Arsenal qarşılaşmasını Bakıdan Cek Hampri şərh edəcək. Onun aparıcısı olduğu Avropa Liqası verilişi isə 18:30-dan etibarən canlı yayıma başlayacaq. Həmin verilişin qonaqları bu komandalarda oynamış Martin Keaun, Sesk Fabreqas və Eydur Qudyonsen olacaq.

Qeyd edək ki, Chelsea - Arsenal oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17091 səs