23/05/2019
14:21
4133
| A A A
UEFA Arsenal-a xəbərdarlıq etdi

UEFA İngiltərənin Arsenal klubuna xəbərdarlıq edib.

Goal.az xəbər verir ki, "The Mirror" nəşri qitə futbol qurumunun Arsenal-ı Bakıda Chelsea ilə keçirəcəyi Avropa Liqasının final matçında azarkeşlərini etiraz aksiyalarından çəkindirməyə çağırdığını yazıb.

Qeyd edək ki, Arsenal erməni futbolçusu Henrix Mxitaryanı şəxsi istəyi ilə Bakıya gətirməyəcək. Arsenal fanatlarının oyunu futbolçunun maskasını taxaraq izləyəcəyi, həmçinin UEFA-nı final məkanı üçün Bakını seçməsinə görə ittiham edəcəkləri barədə post hazırlayacaqları ehtimal olunur.

Arsenal - Chelsea matçı mayın 29-u, saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28928 səs