02/09/2019
17:30
1512
| A A A
Xorvatiyanın daha bir ulduzu millimizlə oyunu buraxacaq

Xorvatiya millisinin futbolçusu Mateo Kovaçiç sentyabrın 9-da AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla səfər oyununda iştirak etməyəcək.

Goal.az Xorvatiya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, İngiltərənin Chelsea klubunun oyunçusu zədəli olduğu üçün heyətdən kənarlaşdırılıb. 25 yaşlı yarımmüdafiəçinin yerinə yerli Hajduk-dan Miyo Çaktaş yığmaya cəlb olunub.

Qeyd edək ki, daha öncə İvan Rakitiçin Azərbaycan millisi ilə görüşdə iştirak etməyəcəyi dəqiqləşib. Xorvatiya yığması sentyabrın 6-da Slovakiya, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39906 səs